06 avqust 2022 16:04
570

Mövlud Çavuşoğlu Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı Ceyhun Bayramova zəng edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

“İki sahil” xəbər verir ki, M.Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq Azərbaycana hər cür dəstəyi verməyə hazır olduqlarını vurğulayıb

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.