06 avqust 2022 21:42
633

Odessa limanından ayrılan “NAVISTAR” İstanbulun şimalında lövbər salıb

İyulun 22-də İstanbulda Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT arasında əldə edilən razılaşmaya əsasən, bir gün əvvəl 33 min ton qarğıdalı yükü ilə Odessa limanından ayrılan “NAVISTAR” quru yük gəmisi yoxlama üçün İstanbulun şimalında lövbər salıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Gəmi yaxın saatlarda İstanbuldakı Birgə Koordinasiya Mərkəzindən Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri tərəfindən yoxlanılacaq.