07 avqust 2022 18:54
762

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir”.

“İki sahil” xəbər verir ki, bu fikirlər İƏT-in yaydığı bəyanatında qeyd olunub.

"Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu", - təşkilat vurğulayıb.