Dünya Gənc Türk Yazarlar Birliyi Londonda Azərbaycan səfirliyinə qarşı törədilən təxribatla bağlı bəyanat yayıb.
"İki sahil" xəbər verir ki, bəyanatda deyilir: “Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Biz Dünya Gənc Türk Yazarlar Birliyinin nümayəndələri bildiririk ki, Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi öhdəliyi hər bir dövlətin ən vacib öhdəliklərindəndir.
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumunu pisləyirik və bu kimi arzuolunmaz addımları yolverilməz hesab edirik”.
Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq