09 avqust 2022 02:54
1039

Ət yeməyən insanlarda hansı problemlər yaranır?

Son zamanlar aparılan araşdırmalar göstərir ki, ət yeməyən insanlar, yəni  veqan pəhrizini seçmiş şəxslər B12 vitamininin yetərli qəbuluna diqqət yetirməlidirlər. Çünki  bu insanlar vitamin çatışmazlığı riski bir  mif deyil.

Hər il  veqan pəhrizinə keçənlərin sayında artım müşahidə olunur. Lif tərkibli qidalarla zəngin olan veqan pəhrizində xolesterol həcmi az olur. Eynilə bu diet B12 də daxil, bir sıra bəsləyici və vitaminlərin azlığı  ilə digərlərindən seçilir.

Əsasən ət, balıq, yumurta və süd məhsullarında rast gəlinən B12-nin çatışmazlığı sinir sisteminin zədələnməsinə səbəb ola bilər. Adətən əl və ya ayaqlarda uyuşma hissiyyatı ilə müşayiət olunan belə pozuntunun ilk simptomları özünü bir neçə ildən sonra göstərir.

İnternet və sosial mediada bəzən veqanların əlavə B12-yə ehtiyaclarının olmadığını yazırlar. Alimlər bununla qəti şəkildə razılaşmırlar.

Londonun Kings College Universitetinin qida və pəhriz məsələləri üzrə professoru Tom Sandersin sözlərinə görə , bir çox insanlar B12 çatışmazlığının mif olduğunu düşünürlər.

 Lakin bütün mikroelementlər arasında ən çox narahatlıq doğuran  məhz B12-nin çatışmazlığıdır. Yetkinlik yaşına çatmış insanın gündə təqribən 1,5 mikrogram B12-yə ehtiyacı var.

Samirə Tağıyeva, “İki sahil”