09 avqust 2022 00:09
677

Azərbaycan və Türkiyə qlobal arenada sülhün bərqərar olmasına töhfə verməyə davam edəcəklər

Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər.

“İki sahil” xəbər verir ki,  bunu xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.

“Ankarada Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında çıxış etməkdən məmnunam. Azərbaycan və Türkiyə müttəfiqlər olaraq etibarlı və fəal aktorlar kimi qlobal arenada sülhün, təhlükəsizliyin və rifahın bərqərar olmasına töhfə verməyə davam edəcəklər”, - nazir qeyd edib.