"Bu dəfə bu oyunlar Bakıdan sonra Konyada keçirilir. Qardaş ölkədə keçirilir".
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşdə deyib.
"Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, Türkiyədə bu oyunların keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Biz çox şadıq ki, bu oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu oyunlar həm idman bayramı, həm islam həmrəyliyi bayramı kimi yadda qalacaq", - Prezident vurğulayıb.
Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq
Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq