10 avqust 2022 21:18
677

“Konya-2021”:Millimizin rəqibinə texniki məğlubiyyət veriləcək

Futbol üzə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarında iştirak edir.

“İki sahil” xəbər verir ki,  turnirin təqviminə uyğun olaraq, millimiz bu gün İran yığması ilə qarşılaşmalı idi. Lakin İran yığması turnirə gəlmədiyi üçün qeyd olunan oyun baş tutmayıb və rəqib komandaya texniki məğlubiyyət veriləcək.