14 avqust 2022 16:44
561

“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.