Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvana başsağlığı verib.
“İki sahil” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
Diplomat İrəvanın “Surmalu” bazarında baş vermiş partlatışı faciə adlandırıb. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa arzulayıb.
Xatırladaq ki, daha əvvəl partlayış nəticəsində 6 nəfərin öldüyü, 61 nəfərin yaralandığı, 61 nəfərin isə itkin düşdüyü barədə məlumat yayılmışdı.
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək