15 avqust 2022 12:59
503

ABŞ Konqresinin nümayəndə heyəti Tayvan Parlamentində olub

Avqustun 15-də senator Ed Markinin (Massaçusets ştatı) başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Tayvan Parlamentində olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Amerikalı qanunvericilər iqtidar və müxalifətdən olan tayvanlı deputatlarla görüşlər keçiriblər.

Bundan başqa, amerikalı konqresmenlərin Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə görüşəcəyi gözlənilir. Amma bəzi məlumatlara görə, bu görüş artıq baş tutub, lakin bu barədə rəsmi məlumat verilməyib.