19 avqust 2022 20:30
486

Almaniyaya səfir təyin olunan Nəsimi Ağayev Prezidentə təşəkkür edib

Almaniyaya yeni səfir təyin olunan Nəsimi Ağayev Prezident İlham Əliyevə təşəkkür edib.

“İki sahil” xəbər verir ki,  bu barədə səfir sosial şəbəkədəki hesabında yazıb.

"Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməyimə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Almaniya münasibətlərini gücləndirmək üçün əlimdən gələni əsirgəməyəcəm", - paylaşımda deyilir.