23 avqust 2022 23:06
663

Çempionlar Liqası: "Viktoriya" - "Qarabağ" matçı başlayıb

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

“İki sahil” xəbər verir ki, "Dusan Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Qarşılaşmanı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.