24 avqust 2022 13:30
437

Rusiya qüvvələri irəliləməkdə çətinlik çəkir

"Rusiya hazırda çox həssas bir mövqedədir".

“İki sahil” xəbər verir ki,  bunu Britaniyanın müdafiə naziri Ben Uolles BBC 4 radiosunun "Today" proqramında deyib.

"Mən bu səhər bura gəlməzdən əvvəl kəşfiyyat xidmətinimizin rəhbərləri ilə danışdım, Rusiyanın həftə ərzində irəliləməsini millərlə deyil, metrlərlə ölçmək olar", britaniyalı nazir deyib.

Britaniya müdafiə naziri "altı ay əvvəl elan etdiyi üç günlük xüsusi əməliyyatın tam əksinə" bu gün Rusiya qüvvələrinin irəliləməkdə çətinlik çəkdiyini bildirib.

"Müşahidələrimizə əsasən - ölümləri, yaralanmaları və fərariliyi nəzərə alsaq - biz Rusların itkilərinin 80 000-dən çox olduğunu qəbul edirik. Əfqanistanda on ildə itirdikləri 15 000 hərbçi ilə müqayisədə bu Ukraynada altı ayda 80 000-dir. Düşünürəm ki, biz Rusiyanın çox həssas vəziyyətdə olduğu bir zamandayıq", deyə müdafiə naziri bildirib.
Ukraynanın Rusiyanın hələ də nəzarət ediyi əraziləri geri almaq iqtidarında olub-olmaması ilə bağlı suala nazir Uolles: "Düşünürəm ki, Ukrayna bu mövqeyə gəlməkdədir. Hər şeydən əvvəl, Ukrayna bu prosesdə, müdafiə sahəsində vacib hesab etdiyimiz kimi "ruh yüksəkliyi elementinə sahibdir. Ukrayna Silahlı Qüvvələrinin əhvalına baxsanız, görərsiniz ki, Rusiya hərbçilərinin əhvalından çox-çox üstündür, həmçinin biz bərbad təlim keçmiş birlikləri də qeyd etməliyik, - deyə vurğulayıb.