"Otuz il əvvəl tərk etdiyim doğma yurda qayıtmağa hazıram".
“İki sahil” xəbər verir ki, bunu Laçın rayonunun Zabux kəndinin sakini Tahir Hüseynov deyib.
O, həyatını yenidən bu kənddə yaşamaq, ata-baba ənənələrini davam etdirmək arzusundadır: “Zabuxun əvvəlki gözəlliyini qaytaracağıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdaram, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".
Qeyd edək ki, Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Laçın, Zabux və Sus sakinlərinin doğma yurda qayıdışla bağlı fikirlərindən ibarət videoçarx hazırlayıb.
Yayda hansı qidalar sağlamlığımız üçün daha böyük risk yaradır? - OXUYUN XƏBƏRİNİZ OLSUN
“Ailəm könüllüləri” proqramındakı fəaliyyətlərini uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunublar
Dövlət torpaqlarını qanunsuz satmaqda təqsirləndirilən 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib