02 iyul 2026 21:38
228

Gənc media nümayəndələri SOCAR-ın dekarbonizasiya strategiyası və yaşıl enerji gündəliyi barədə məlumatlandırılıblar - FOTO

2 iyul 2026-cı il tarixində Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın “Eko-park”ında gənc media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib.

Sessiyada SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi Departamentinin rəisi Mustafa Qurbanlı təqdimatla çıxış edərək etibarlı və dayanıqlı enerji təchizatçısı kimi SOCAR-ın dekarbonizasiya strategiyası çərçivəsində görülən işlər, həyata keçirilən layihələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

“SOCAR Green” şirkətinin baş direktorunun müşaviri Elnar Mehdizadə çıxışında SOCAR-ın yaşıl enerji gündəliyindən və beynəlxalq tərəfdaşlarla birgə icra olunan layihələrdən bəhs edib.

Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Daha sonra jurnalistlər "Eko-park"ın ərazisi ilə tanış olub, burada görülən işlər barədə məlumatlandırılıblar.

ORXAN VAHİDOĞLU, "İki sahil"