05 sentyabr 2022 17:30
3793

Hər döymənin öz mənası ... - FOTO

Döymənin tarixçəsi ta qədimdən gəlir. O zamanlar  döymələr tamam başqa mənalar daşıyırdı. Bizim dövrümüzə qədər döymələri  insanlar  hər hansı bir kəlimənin  onlara  xatırlamaq istədikləri ya da ümumiyyətlə xoşladıqları üçün bədənlərinə həkk etdirirlər.  Bu yazıda məşhurların diqqətçəkən döymələri və onların kəsb etdikləri  mənaları haqqında danışacağıq.

Emma Stounun biləyində olan  quş ayaqlarını anası ilə birlikdə  ciddi bir xəstəliyə düçar olduqdan sonra  etdirdilər. Quş izləri anasının Pol Makkartninin  repertuarından olan  sevimli mahnısı "Blackbird"(qara quş) mahnısına  istinadən edilib. Emma  xahişi ilə hətta Pol Makkartni hətta bu  döymənin dizaynını hazırlayıb.

Ancelina Colinin bədənindəki döymələrin sayını saymaq çətindir. Bred Pittlə münasibətləri yaxşılaşdırmağa çalışan aktrisa tailandlı  rahibin  yanında buddist əlamətləri olan döymə vurdurub. O, bu addımı  ailədə əmin-amanığı  qaytarmaq üçün atmışdı. Colinin bədənindəki ən təsirli döymələr  isə  onun övladlığa götürdüyü və doğma övladlarının hər birinin anadan olduğu ölkələrin coğrafi koordinatlarıdır. Ümumiyyətlə, 40 dan çox döyməsi  olan Colinin maraqlı  ənənəsi belə var. Belə ki, sevdiyi kişilərin adını bədəninə döydürən aktrisa hər ayrılıqdan sonra onu sildirirdi.

Kerri Mulliqanın sağ əlində bir qağayı var. Mulliqan bu döyməni 2007-ci ildə teatrda Çexovun “Qağayı” filminin qəhrəmanı Nina Zareçnaya obrazını  oynadıqdan sonra etdirib. Aktrisa etiraf edir ki, bu rol onun üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Rihannanın sinəsində Misir ilahəsi İsisın döyməsi mövcuddur. Rihanna qədim Misir ilahəsini əks etdirən bu  döymələrini nənəsinin xatirəsini yaşatmaq üçün etdirmişdi. Müğənninin nənəsi vəfat etdikdən sonra Rihanna sosial şəbəkədə yeni döyməsinin fotosunu yerləşdirib: “İlahə İsis mükəmməl qadındır və gələcək nəsillər üçün bir  nümunədir”. Onun düşüncələrinə görə, onun aləmində ideal qadın olan nənəsinin xatirəsini  həmişə ürəyində saxlayacaq.

Scarlett Johansson bədəndəki döymələr haqqında  danışmağı heç sevmir.  Çünki onun fikirlərinə görə, hər insanın döyməsi onun özəlliyidir. Buna baxmayaraq, o, öz yeni döymələrini  nümayiş etdirməkdən çəkinmir. Son zamanlar ərzində   məşhur döymə rəssamı Fuzi Uvtpk tərəfindən çəkilmiş nal və "Sən şanslısan" yazısı bir çox insanın diqqətini çəkib.  Qeyd edək ki,  at nalı bir çox dünya xalqlarında  uğurun  simvoludur.

Jessica Albanın əlində bir neçə döymələr var.  Bir neçə il əvvəl Jessicanın etdirdiyi bu 3 minimalist döymələr onun uşaqlarının bürclərinə aiddir. Aktrisa övladlarının bürclərini əlinə  vurdurmaq üçün məşhur tatu ustası Dr.Vuya müraciət edib.

Qeyd edək ki, Albanın 2008-ci ildən evli olduğu məşhur prodüsser Keş Uorrendən 3 övladı var.

Bədənini bəzəmək üçün Viktoriya Bekhem  “Solomon's Song of Songs “ əsərindən olan məşhur  sitat seçib. Yazı yəhudi  dilindən tərcümədə "Mən sevgilimə, sevgilim isə mənə aiddir" kimi tərcümə olunur. Eyni döymə Viktoriyanın həyat yoldaşı Devid Bekhemin bədənində də var.

 Bu yaxınlarda Selena Qomez kürəyində  olan qızılgül döyməsinin maraqlı tarixçəsi haqqında danışıb. Sən demə, Qomez kürəyindən olan bu qızılgül döyməsini  yaxın dostu  Kara Delevin  ilə birlikdə  etdirib.

Digər məşhurlarla müqayisədə Cennifer Eniston ilk döyməsini  gec,  42 yaşında etdirib.  O, ayaq nahiyəsinin üstündə  "Norman" yazısını həkk etdirmişdi. Aktrisa bu döyməni onunla  15 il  birlikdə yaşayan mərhum iti  Corgi Velsin şərəfinə vurdurmuşdu. Aktrisa itinin ölümünü  ağır qəbul etdi. Məhz buna görə onun xatirəsini  bədənində əbədiləşdirməyə qərar verdi.

Kara Delevinin  20-dən çox döyməsi var. Əsasən  heyvanları təsvir edən döymələrə üstünlük verən Karanın bu üslubda bir neçə döyməsi var. Məsələn,  onlardan birisi sağ qolunda olan fildir.   2016-cı ildə edilən  bu döymə əslində firavanlıq, güc, uğur, ləyaqət və uzunömürlülüyü simvollaşdırır. Kara üçün bu döymə  çox doğmadır. Çünki o, bu döyməni  mərhum nənəsinin xatirəsini əbədiləşdirmək üçün etdirmişdi.

Ledi Qaqa döymələrinin sayını itirən məşhurlar sırasındadır. Çox maraqlıdır ki,  onun etdirdiyi  hər hansı bir  yeni  döymə  mətbuatda müzakirələrə səbəb olur. Müğənni deyir ki, hər döymə  onun həyatında yeni bir dövrün  damğasını vurur. Məsələn, Ledi Qaqa onunla birlikdə gəzintiyə çıxan və onun çılğın şoularını təşkil edən stilistlər komandasına minnətdarlıq əlaməti olaraq bıçaqlı pis siçan döyməsini etdirib. Sonradan  məlum olub ki, müğənni uşaqlıqda kiçik bacısı Natalini siçan adlandırıb.

Dakota Consonu kiçik döymələrin kolleksiyaçısı adlandırmaq olar. Bədənindəki ən məşhur  6-cı döymə çiçək idi. Hollivudun ən  məşhur  tatu rəssamı olan  Dr.Vunun dediyinə görə, bu döymə 20-ci əsrin əvvəllərində avstriyalı rəssam Eqon Şielenin  üslubunda edilib. Dakota əlində vurdurduğu döyməni hətta özü ilə də müqayisə etdirib. O, qeyd edib ki, ideal olmayan bir gül   belə gözəl ola bilər.

Adelin sağ qulağının arxasındakı "A" hərfini  müğənni  oğlu Ancelonun doğulmasından sonra etdirib. Oğlunun adını  sağ ovucunda yazdıran müğənninin,  sol əlində isə “paradise” yəni  “cənnət” sözü var.

Lüsi Heylin qolunun üstündə olan  “ İ love you” yazısını bacısı ilə birgə etdirib. “Səni sevirəm” mənasını verən bu yazı tatu ustası tərəfindən qızların nənəsinin əl yazısından  köçürülüb.  Sosial mediaya  açıqlama  verən aktrisa vurğulayıb ki, heç bir döymə  bacı ilə arasında olan bağlantını ifadə edə bilməz.  

Cessik a Albanın biləyində sirli Sanskrit simvolu var. Bir dəfə müsahibə zamanı aktrisa etiraf etdi ki, bu  döymə "mənəvi gözəlliyin manifesti" deməkdir.  O, bu addımı bədəndəki döymələrə   qarşı olan bir kişi ilə münasibətini kəsdikdən sonra atıb.   Cessika, həmçinin qeyd edib ki, döyməni etdikdən sonra sanki  yenidən özümü kəşf etməmişəm.

Məşhur televiziya ulduzu  və model Kristi Teygen həm də xoşbəxt anadır.  Bir dəfə onun 5 yaşlı qızı Luna qələmlə Kristinin əlinə kəpənək çəkdi. Teygen uşağın yaradıcılığının ölümsüzləşdirilməsinə ehtiyac olduğuna qərar verdi və buna görə döymə etdi. Ulduz bu  döymənin   bir az səliqəsiz olduğunu etiraf etsə də, bu döyməni özünə doğma bilir.

Model Kayli Jenner də özünə maraqlı  döymə vurduran məşşhurlar sırasına daxildir. O, sağ əlinə qızı Storminin adını yazdırıb. Cennerin daha bir neçə  döymələri də var.  Məsələn, dodağının içərisində təxribat xarakterli “meow” yazısı mövcuddur.

Mayli Sayrusun  əlinin arxasında “azadlıq” yazısı var. Beləliklə, müğənni kolleksiyasına daha bir döymə əlavə edərək, bədənində çəkdirdiyi rəsmlərin ümumi sayını 60-a çatdırıb. Lakin məhz bu döymə Mayli üçün xüsusi bir məna daşıyır. Sayrus "azadlıq" sözünü keçmiş əri Liam Hemsvortdan ayrıldıqdan bir neçə ay sonra vurdurub.

Samirə Tağıyeva, “ İki sahil”