27 oktyabr 2025 22:11
110

Qaraciyəri təmizləyir, immuniteti gücləndirir

Qırmızı kələm bağırsaq sağlamlığını gücləndirir, qaraciyərin detoks prosesini dəstəkləyir və immun sisteminin fəaliyyətini artırır.

“İki sahil” xəbər verir ki, bu barədə britaniyalı dietoloq, Çester Universitetinin mütəxəssisi Franklin Cozef danışıb.

Mütəxəssisin sözlərinə görə qırmızı kələm tərkibinə görə brokkoli ilə oxşar birləşmələrə malikdir və bu maddələr xərçəng əleyhinə təsir göstərir. Kələm həmçinin bol miqdarda liflə (pəhriz lifləri) zəngindir ki, bu da bağırsaqların normal fəaliyyətinə, immun sisteminin möhkəmlənməsinə və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir.

Franklin Cozef qeyd edib ki, tərəvəzə parlaq rəng verən polifenollar və antosianlar güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Bu maddələr orqanizmdə iltihabı azaldır və hüceyrələrin qorunmasına yardım edir.

Dietoloq əlavə edib ki, qırmızı kələmdəki prebiyotik liflər bağırsaqdakı faydalı bakteriyaları qidalandırır və sağlam mikrobiomun qorunmasına kömək edir. Bu isə təkcə həzm sisteminə deyil, həm də psixi sağlamlığa müsbət təsir göstərir.

Mütəxəssis vurğulayıb ki, qırmızı kələm eyni zamanda qaraciyərin fəaliyyətini gücləndirir və bədənin toksinlərdən təmizlənməsini sürətləndirir. Franklin Cozef gündə bir neçə qaşıq təzə və ya az bişmiş qırmızı kələm yeməyi tövsiyə edir.