Avqustun 26-da Saatlı rayonu, Nəsimikənd kəndində Bayraqdarov Bahadur Zeyni oğluna məxsus təsərrüfat obyektində yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, hadisə nəticəsində həmin şəxsə məxsus mişar daşından inşa olunmuş ümumi sahəsi 150m² olan təsərrüfat obyekti və 1000 ədəd ot bağlaması yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən tədbirlər nəticəsində yanğının 1974-cü il təvəllüdlü Səfərov Kamil Kamal oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, hadisəni törətdiyini etiraf edib.
Yanğının baş verməsində təqsirkar şəxs Səfərov Kamil Kamal oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Yayda hansı qidalar sağlamlığımız üçün daha böyük risk yaradır? - OXUYUN XƏBƏRİNİZ OLSUN
“Ailəm könüllüləri” proqramındakı fəaliyyətlərini uğurla başa vuran könüllülər sertifikatlarla təltif olunublar
Dövlət torpaqlarını qanunsuz satmaqda təqsirləndirilən 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib