13 sentyabr 2022 14:20
515

Səfirimizin İran XİN-də müzakirə etdiyi məsələlər məlum olub

“Sözçülərimiz və onların ofisləri arasında mövcud əməkdaşlığı sürətləndirmək barədə razılığa gəldik”.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü və ictimai diplomatiya mərkəzinin sədri Naser Kənani ilə görüşündən sonra tviterdə yazıb.

Onun sözlərinə görə, görüşdə hər iki ölkənin kütləvi informasiya vasitələrinin Azərbaycan-İran ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində müsbət rol oynaya və dəstək verə biləcəyi bir daha vurğulanıb.