Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsi haqda Saziş layihəsini müzakirə edib
12-13 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, XİN-dən verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.
Görüşdə Azərbaycan Respublikasının və Türkmənistanın aidiyyəti nazirlik və qurumlarının nümayəndələri iştirak ediblər.
İclas zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Türkmənistan arasında Saziş layihəsinin müddəaları müzakirə edilib.
Tərəflər Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub