13 sentyabr 2022 16:54
558

Ceyhun Bayramovun Ermənistanla bağlı məktubu BMT sənədi kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan ərazilərində minaların basdırılması da daxil olmaqla, Ermənistanın davam edən qanunsuz hərbi fəaliyyətləri barəsində məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi paylaşılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ hesabındakı paylaşımında qeyd olunub.