13 sentyabr 2022 19:07
565

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın təxribatları ilə bağlı məlumatlandırılıb

Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Avropa İnsan Haqları Məhkəməsini Ermənistanın təxribatları ilə bağlı məlumatlandırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Çingiz Əsgərov özü məlumat verib.

“Bu gün Avropa İnsan Haqları Məhkəməsini Ermənistanın öz öhdəliklərinin ziddinə olaraq Azərbaycanın suveren ərazisində törətdiyi təxribatlar və bizim Silahlı Qüvvələrimizin Azərbaycan xalqının təhlükəsizliyinə və müdafiəsinə əlavə təhdidlərin qarşısının alınması məqsədilə gördüyü qəti tədbirlər barəsində məlumatlandırdım”, - Çingiz Əsgərov bildirib.