Təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edərkən bildirib.
Görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub