"Sərhəddə baş verənlər bizim üçün çox pis nəticələnən olaylardır".
"İki sahil" Ermənistan mediasına istinadən bildirir ki, Ermənistan parlamentinin deputatı, "Şərəfim var" franksiyasının mənsubu Tiqran Abramyan belə deyib.

O, daha sonra söyləyib: "Əfsuslar olsun ki, Azərbaycan ordusu qarşısına qoyduğu məqsədlərə çatdı. Onlar yeni, çox əlverişli mövqelərə yiyələndilər, həmin mövqeləri möhkəmləndirdilər və hərbi infrastrukturumuza zərbələr endirdilər".

"Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyan isə Tanrıya yalvarmağa başlayıb: "Ölkəmizdə yaranmış belə vəziyyətdə Tanrıya dua edir, yalvarır və ondan təvəqqə edirəm ki, erməni xalqına, Vətənimizə arxa çevirməsin".
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub