"İrimiqyaslı növbəti təxribatı törədən Ermənistan 2 ilə yaxın müddətin keçdiyi atəşkəs anlaşmasında, kapitulyasiya aktında götürdükləri öhdəliklərə əməl etmədilər, hələ də sözlərində durmurlar".
“İki sahil” xəbər verir ki, bunu milli.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
Türkiyəli general bildirib ki, Azərbaycan Ordusu ona atılan bir mərmiyə qarşılıq min mərmi ilə cavab verməlidir: "Ermənistan məğlub bir dövlət, məğlub bir ordu kimi kapitulyasiya aktının müddəalarını yerinə yetirməmək üçün zaman qazanmağa çalışır.
İkinci məsələ isə bu bölgədə Azərbaycan dövləti tərəfindən sürətli bir təhdid olduğunu, münaqişə vəziyyətinin olduğunu, bu bölgənin təhlükəsiz olmadığını və BMT kimi, Avropa Birliyi kimi ünsürlərin bu bölgədə tədbir görməsi gərəkdiyini, tarixə qovuşmuş ATƏT-in Minsk Qrupunun yenidən dirildilməsi gərəkdiyini düşünərək bu bölgəni yenidən bir münaqişəli vəziyyət, güvənsizlik və risk bölgəsi kimi göstərməyə çalışır.
Ermənistanın bu təxribatı törətməkdə növbəti məqsədi isə Azərbaycanı beynəlxalq hüquqda və beynəlxalq camiyədə günahkar olaraq göstərməkdir ki, silahlı insident başlayan kimi yalan məlumatlar, dezinformasiyalar yayaraq güya Azərbaycanın mülki şəxsləri və mülki obyektləri atəşə tutması ilə bağlı saxta xəbərlər yayması bunun bariz sübutudur.
Ermənistan bu cür təxribatlarla bölgədəki abadlaşdırma, infrastruktur layihələrin icrası, iqtisadi dirçəliş və böyük qayıdışın önünə keçməyə, bu prosesləri ləngitməyə çalışır. Çünki onun gecikməsi Ermənistanın zaman qazanmasına dəstək verəcək.
Ermənilərin belə təxribatlar törətməkdə son məqsədi isə Azərbaycan torpaqlarında - Azərbaycanın işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərindən narahat olan başda Xankəndi və ətrafında yaşayan ermənilər olmaqla, onların Azərbaycana meyl etməsinin önünə keçməyə və bu bölgədəki terrorist ünsürlərə, eləcə də Azərbaycan torpaqlarında yaşayan ermənilərə mənəvi dəstək vermək məqsədi güdür.
Azərbaycan Ordusu bu gün olduğu kimi ona qarşı atılan bir mərmiyə qarşılıq hərbi hədəflərə min mərmi ilə cavab verməlidir. Beynəlxalq təşkilatların nəzdində Ermənistanın bu təcavüzkar davranışı dilə gətirilməlidir. Ermənistanın bu təcavüzkar fəaliyyəti, hərbi təxribatları, Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər davam etdiyi təqdirdə də artıq Azərbaycan 10 noyabr bəyanatı ilə yarımçıq qalan missiyasını tamamlamaq məcburiyyətindədir".
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub