14 sentyabr 2022 12:31
577

Denis Qonçar: Rusiya Azərbaycanın üç ən böyük iqtisadi tərəfdaşından biridir

Rusiya Azərbaycanın üç ən böyük iqtisadi tərəfdaşından biridir.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi 1,67 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% çoxdur.
"Rusiya Azərbaycanın ən böyük ticarət-iqtisadi tərəfdaşları arasında ilk üçlükdədir. Rusiya ixracının əsas məhsullarına ərzaq məhsulları, maşın, avadanlıq və ağac və metal daxildir", - deyə rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük istehlakçısı olan Rusiya Azərbaycanın qeyri-neft məhsullarının idxalına görə liderdir: “Rusiyanın Azərbaycana investisyalarının həcmi 4,5 milyard dollara, Azərbaycanın Rusiyaya investisiyaları isə 1,5 milyard dollara çatır. Hazırda birgə flaqman layihələr, o cümlədən “Rusiya Helikopterləri” ASC-nin helikopterlərə xidmət mərkəzi reallaşdırılır, “Qazprom”, “Rosneft”, “Lukoyl”, “Transneft” şirkətləri isə Azərbaycan karbohidrogenlərinin kəşfiyyatı, hasilatı, nəqli və tədarükü ilə məşğuldur”.