Beynəlxalq təşkilatlar Ermənistanın mülki şəxsləri hədəfə almasına ciddi reaksiya verməlidirlər
“Ermənistan hər zaman olduğu kimi bu dəfə də mülki şəxsləri hədəfə alıb və onlara qarşı terror aktı törətməkdə davam edir. Bu, həm Birinci, həm də İkinci Qarabağ savaşında, Tovuz döyüşləri zamanı dəfələrlə təkrar olunub. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələyə ciddi reaksiya verməlidirlər. Təəssüf ki, bu məsələ ilə bağlı hələ də onların konkret reaksiyası yoxdur. Azərbaycan Ordusu hər zaman öz ərazisini, ölkəsini qorumaq üçün mübarizə aparır və hərb meydanında savaşır.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli söyləyib.
R.Məmmədli xatırladıb ki, 2020-ci ilin Tovuz döyüşləri zamanı da buna bənzər hadisə baş vermişdi. Doğrudur, orada döyüşlər yalnız bir məntəqə üzərindən gedirdi. Belə görünür ki, Kəlbəcər istiqamətində ermənilərin məqsədi böyük bir ərazini işğal etmək idi. Azərbaycan Ordusu bu irimiqyaslı təxribatın qarşısını ala bildi. Şəhid olan zabitlərimiz öndə gedərək Azərbaycan əsgəri ilə birlikdə düşməni ərazidən çıxararaq ermənilərin işğalçılıq niyyətinin qarşısını aldılar.
Müsahibimiz vurğulayıb ki, Ermənistanda torpaq iddiasında olan revanşistlər iki il bundan əvvəl baş verən hadisələri tez unudublar: "Zənnimcə, ordumuzun hərb meydanında Ermənistana verdiyi dərs hələ uzun müddət onların yadından çıxmayacaq."
Yaqut Ağaşahqızı, “İki sahil”
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub