14 sentyabr 2022 17:21
483

Baxçalı: Azərbaycan terrorçu Ermənistan qarşısında heç vaxt tək deyil

“Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən və işğal olunmuş Azərbaycan torpaqlarından atılmış erməni quldur dəstələri öz hücumlarını sürətləndirir, qanlı və xain təxribatlara əl atırlar”.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bildirib.

O qeyd edib ki, Türkiyə Azərbaycanla sona qədər həmrəydir: “Can Azərbaycan terrorçu Ermənistan dövləti və onun arxasında duran zalımlar qarşısında heç vaxt tək deyil. Türk milləti öz soydaşlarının arxasındadır. Milliyyətçi Hərəkat Partiyası ermənilərin hücumlarını pisləyir və Qarabağın azad olunmasına qarşı uzanan əllərin qırılacağına inanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş ölkə Azərbaycan hər cür qəddar və nalayiq oyunları məhv etməyə qadirdir. Türkiyənin də dəstəyi tamdır".

MHP sədri Ermənistanı meydana çıxaran və ondan “piyada” kimi istifadə edən istənilən ölkə yarana biləcək ağır nəticələrə görə məsuliyyət daşıdıqlarını vurğulayıb.

“Vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyir, Prezident İlham Əliyevin timsalında qardaş Azərbaycan xalqına və əziz türk millətinə başsağlığı verirəm. Unutmaq olmaz ki, bir kərə yüksələn bayraq bir daha enməz” , - deyə D.Baxçalı vurğulayıb.