Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar özünün "twitter" hesabında paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: "Ermənistanın xain və təxribatçı hücumları nəticəsində şəhid olan qəhrəman Azərbaycan əsgərlərinə Allahdan rəhmət, ailələrinə və bütün millətimizə başsağlığı diləyirəm.
Türkiyə olaraq hər hal və şəraitdə can Azərbaycanın yanındayıq".
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub