“Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.
“Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs razılaşmasına baxmayaraq Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir.
Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Sülh yalnız beynəlxalq qanuna ciddi riayət etməklə mümkündür”, - Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub