Moldova tezliklə Azərbaycana yeni səfir təyin edəcək.
"İki sahil” Moldova mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə Aleksandr Yesaulenko təyin oluna bilər.
Hazırda A.Yesaulenko Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiridir, daha əvvəl isə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışıb.
Parlamentin komissiyası onun namizədliyini təsdiqləyib.
Moldovanın “Diplomatik xidmət haqqında” Qanununa əsasən, səfir təyinatı ilə bağlı təkliflər xarici işlər və avropaya inteqrasiya naziri tərəfindən Parlamentin Xarici Siyasət və Avropaya İnteqrasiya Komissiyası ilə məsləhətləşdikdən sonra hökumətə təqdim edilir.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub