15 sentyabr 2022 12:37
498

Binəli Yıldırım Bakının azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin eks-spikeri Binəli Yıldırım Bakının azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, tviterdə yazıb.

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının azad olunmasının 104-cü ildönümü münasibətilə səmimi təbriklərimi çatdırıram”, - o qeyd edib.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.