Regiondakı nizamlanmanın əsasını Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlar təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı Rusiya tərəfinin mövqeyi Rusiya XİN-in bəyanatında öz əksini tapıb. Daha ətraflı mövqe isə Rusiya XİN-in dördüncü MDB departamentinin rəisi Denis Qonçarın müsahibəsində öz əksini tapıb. Təəssüflər olsun ki, atəşkəs haqqında birinci razılaşmadan sonra atışmalar olub. Dünən yeni razılıq əldə olundu. Ümid edirik ki, bu razılığa riayət olunacaq. Bir daha tərəfləri təmkinli olmağa və bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırırıq”, - o deyib.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub