15 sentyabr 2022 21:58
625

Pakistan bu çətin zamanda Azərbaycanın yanındadır

İslam Gənclər Təşkilatının Prezidenti Hammad Xan Kakar Ermənistanın hərbi təxribatını pisləyib və Pakistanın Azərbaycanın yanında olduğunu qeyd edib.

“İki sahil” xəbər verir ki,  o, bununla bağlı sosial şəbəkədə yazıb:

“Ermənistanın Azərbaycana hücumunu qətiyyətlə pisləyirəm və Pakistan bu çətin zamanda Azərbaycanın yanındadır. Ermənistan terrorçu düşüncəsi ilə regionun sülhünü pozmağa çalışır. BMT Ermənistanın bu terrorist düşüncəsinə qarşı tədbir görməlidir”.