Azərbaycanla Ermənistan sərhədində təhlükəsiz zona yaradılması təklif edilir.
“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.
O qeyd edib ki, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır.
“Biz təklf edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və həmin ərazilərə köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.
Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır. “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa hərəkət edir”, - deyə o əlavə edib.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub