“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş Milli Məclisin plenar iclasına tövsiyə olunub.
“İki sahil” xəbər verir ki, bu Saziş Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Deputatlar sazişi yüksək qiymətləndirib, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini qeyd ediblər. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, Saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub