Çin Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında son günlər yaşanan gərginliyə münasibət bildirib.
"İki sahil" xəbər verir ki, bu barədə qurumun nümayəndəsi Mao Ninq danışıb.
O, rəsmi Pekinin Cənubi Qafqazdakı sabitlikdə maraqlı olduğunu söyləyib: “Azərbaycan və Ermənistan Çinin dostluq, əməkdaşlıq tərəfdaşlarıdır. Ümid edirik ki, hər iki tərəf razılaşdırılmış atəşkəsə hörmətlə yanaşacaq, vəziyyətin daha da gərginləşməsinə yol verməyəcək. Biz gərginlik və fikir ayrılıqlarının siyasi dialoq yolu ilə həll edilməsinin, regionda sülhün təmin olunmasının tərəfdarıyıq”.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub