ABŞ-ın https://texas.statenews.net xəbər portalında ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribat barədə Azərbaycan icmasının bəyanatı yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) adından yayılan bəyanatda Texas ştatının Hyuston şəhərində yaşayan Azərbaycan əsilli amerikalılar Ermənistanın qəbuledilməz davranışına sərt etiraz etdiklərini bildiriblər.
Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirən soydaşlarımız beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini tələb ediblər.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub