Sentyabrın 12-dən 13-nə keçən gecə baş verən hadisələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi regional sülhün bərqərar olmasında maraqlı deyil. Bütün bunlar bir daha göstərir ki, işğalçı siyasətindən əl çəkmək istəməyən Ermənistan Azərbaycanla sərhəd boyunca geniş miqyaslı hərbi təxribatlar törətməklə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel və Moskvada keçirilən görüşlərdə ölkələr arasında sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı işçi qrupların yaradılmasına razılıq versə də, sonradan sözünə əməl etmir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır. Nikol Paşinyan bu günlərdə Rusiyanın Vladivostok şəhərində keçirilmiş Şərqi İqtisadi Əməkdaşlıq toplantısındakı çıxışında sülh pərdəsi altında revanşist çıxış edib. Bu, Ermənistanın Azərbaycana qarşı avantürist hərəkətlərinin bariz nümunəsi idi.
Qeyd olunmalıdır Ermənistan 13 sentyabr təxribatına qədər də normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradırdı.
Əslində anti-Azərbaycan dairələrin maşası rolunu oynayan dağıdıcı müxalifət düşərgəsinin başbilərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın təmsilçilərindən olan Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, xarici ölkələrdə siyasi mühacir adı ilə məskunlaşan Qənimət Zahid, Sevinc Osmanqızı kimi xəyanətkarlar yaxşı bilirlər ki, sentyabrın 12-dən 13-ə keçən gecə nələr baş verib. Onlara yaxşı məlumdur ki, həmin gün gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin 200 nəfərdən çox canlı qüvvəsi məhv edilib, çoxlu döyüş texnikası, hərbi infrastruktur darmadağın edilib. Məsələnin əsl mahiyyəti budur.
Bütün bunları bilə-bilə ölkəmizə qarşı çirkin böhtan kampaniyası aparmaq mənəvi-siyasi əxlaqsızlığın pik nöqtəsidir. Məhz buna görə də bu gün anti-Azərbaycan dairələr, erməni lobbisi və onların təsiri altında olan bəzi qurumlar, müəyyən maliyyə və siyasi mərkəzlərin əlində təzyiq vasitəsi olan ölkəmizdəki dağıdıcı müxalifət öz ənənələrinə sadiq qalaraq əvvəllər olduğu kimi, ölkəmizə qarşı “qara piar” kampaniyası şər-böhtan kampaniyası sabun köpüyünə bənzər qara-qışqırıqdan başqa bir şey deyil.Təbii ki, bu qarayaxma kampaniyası əvvəllər olduğu kimi, bu dəfə də fiaskoya uğrayacaq.
İbrahim Allahveriyev,
Vətən müharibəsi iştirakçısı,
YAP Yasamal rayon təşkilatı "Neftqazelmitədqiqatlayihə" İnstitutu ərazi partiya təşkilatının sədri
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub