Fransa Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edib.
“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
AŞPA Prezidenti Tini Koksa ünvanlanan müraciətdə Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Nəzərə çatdırılıb ki, Fransada yaşayan Azərbaycan icması beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə görə dərin narahatlıq hissi keçirir. Çünki Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə Ermənistanın hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz önündədir.
Koordinasiya Şurası AŞPA Prezidentini Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.
Qeyd edək ki, bu müraciət Fransa rəsmilərinə və yerli ictimaiyyət nümayəndələrinə də ünvanlanıb.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub