“İkitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Təbii ki, Rusiya ilə Azərbaycan arasında həm ticarətin, həm də investisiyaların həcminin artdığını qeyd etmək lazımdır”.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Rusiya lideri qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif nazirliklər, idarələr və parlamentlər vasitəsilə davam edir.
V.Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə də toxunub: “Yaxşı ki, koordinasiyalı səylərlə eskalasiya dayandırıldı. Sizinlə görüşmək və bütün bu mühüm məsələlər barədə danışmaq fürsəti əldə etdiyim üçün çox şadam”.
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub
Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub