19 sentyabr 2022 23:30
621

Biləsuvarda ölümlə nəticələnən qəza baş verib

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Piyada, Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Malik Qardaşəli oğlu Qasımovu “VAZ-2106” markalı avtomobil vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.