21 sentyabr 2022 00:58
17342

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Hazırda Azərbaycana bir-biri ilə ölüm-dirim savaşına çıxmış hər iki qütbün ehtiyacı var.Avropa və Asiya Rusiya üzərindən qırılan ticarət əlaqələrinin kənar ərazilərdən düzənlənməsinə çalışır və burada açar nöqtə Azərbaycandır.Asiyadan Avropaya yüklərin Rusiyadan kənar mühüm daşıma marşrutu ölkəmizdən keçir.Qərblə ticarəti sıfırlanan Rusiya Asiyadakı tərəfdaşları ilə ticarətini genişləndirmək üçün Azərbaycana ehtiyac duyur.Çünki ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin də açar nöqtəsidir.Ötən həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Azərbaycanın Asiyadan Avropaya yükdaşımaların reallaşdığı Orta Dəhliz,həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə getdikcə artan yükdaşımaların reallaşması üçün yaratdığı infrastruktur barədə məlumat verib.Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir.Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Yenidən qurulan və modernləşdirilən Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Ələtdə inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Hər iki nəqliyyat dəhlizi ilə ölkəmiz üzərindən yüklərin daşınması üçün zəruri olan avtomobil və dəmiryol infrstrukturunda da ciddi işlər görülüb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu,1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan həmçinin 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.

Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın Qərb dövlətləri iləxarici ticarətinə çox böyük zərbə vurur, bu zərbənin mənfi təsiri getdikcə artacaq. Sanksiyalar həmçinin Rusiyanın Asiya ilə Avropa arasındakı tranzit mərkəzi rolunun sürətlə itirilməsinə gətirib çıxarıb. Xüsusilə Avropa Birliyi ilə Rusiyanın qarşılıqlı şəkildə öz limanlarını digərinin gəmilərinə bağlaması tərəflər arasında yükdaşımaların minimuma düşməsini şərtləndirib.Beynəlxalq yükdaşıma şirkətləri həm Ukrayna ilə həmrəylik nümayiş etdirmək,həm də sanksiyaların təsirinə düşməmək üçün Rusiya ərazisindən yükdaşımaları dayandırmağa,yükləri yeni marşrutlara yönəltmək imkanlarını genişləndirməyə başlayıblar.Belə marşrutlardan biri Azərbaycan ərazisindən keçən Cənub Transxəzər marşrutudur.Aprel ayında bu marşrutla Çinin Sian şəhərindən ilk konteyner qatarı Rusiyadan yan keçərək Çindən Avropaya yola düşüb.Yük Qazaxıstan, Azərbaycan, Rumıniya,Macarıstan, Slovakiya və Çexiya vasitəsilə Sian şəhərindən Mannheymə (Almaniya) göndərilib.

Azərbaycan son illərdə Transxəzər marşrutuna daxil olan ölkələrlə qarşıqlı iqtisadi əlaqələri sürətlə dərinləşdirib.Bu nöqteyi-nəzərdən uzun illər münasibətlərin soyuq olduğu Türkmənistanla Azərbaycan arasında yaranan istiləşmə diqqəti cəlb edir.İki ölkə aralarında Xəzər dənizindəki neft-qaz yatağı ilə bağlı yaranan mübahisəni həll edib,eyni zamanda iqtisadi-siyasi əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmağa nail olub.Orta Dəhlizin digər iştirakçı ölkəsi Qazaxıstanla da münasibətlər yüksələn xətt üzrə inkişaf edir.Bu ilin fevral-mart aylarında Azərbaycanla Qazaxıstan arasında yükdaşımaları əlaqələndirəcək birgə müəssisə yaradılıb.Aprel ayında isə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması,eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Tərəflər “Asiya-Sakit okean ölkələri –Çin- Qırğızıstan- Özbəkistan- Türkmənistan -Azərbaycan - Gürcüstan - Türkiyə- Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan fəaliyyətləri,iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini nəzərdən keçiriblər.Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması,təmir üçün texniki və texnoloji yardımın göstərilməsi,iki ölkə ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir.Ölkəmizin marşrutun digər iştirakçıları olan Özbəkistan və Qırğızıstanla da qarşılıqlı münasibətləri dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf etdirilir.Azərbaycan həmçinin Gürcüstan və Türkiyə ilə mövcud olan çox sıx əməkdaşlıq üçbucağının aktiv həlqəsi kimi,üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirir.Son altı ayda gedən proseslər Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə ehtiyacını kəskin artırıb.İndiyədək bu dəhlizə böyük maraq göstərməyən Moskva artıq onun işə salınması prosesini maksimum sürətləndirməyə çalışır. Bu isə dəhlizin Azərbaycandan keçən hissəsinə də ehtiyacı artırır. Asiyadan İran-Türkmənistan-Qazaxıstan üzərindən keçməklə yüklərin Rusiyaya və əksinə daşınması çox vaxt aparır.Türkmənistanın mövcud infrastrukturu yükdaşımaların ciddi artırılmasına imkan vermir.İran və Rusiyanın Xəzər dənizindəki mövcud yükdaşıma imkanları da həmçinin. Bu isə Azərbaycan üzərindən keçən quru yolların – avtomobil və dəmiryollarının əhəmiyyətini artırır. Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirir və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olur üçün Birgə İşçi Qrupunun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətində olduqlarını vurğulayırlar. Bundan başqa, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildirirlər Proseslərin gedişi göstərir ki,Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq.Bu baxımdan,Azərbaycan yaxınmüddətli dövr ərzində Şimal marşrutundan qopan yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin etmək üçün zəruri infrastruktur və şərtləri çox sürətlə təmin etməlidir.Bunun üçün yüklərin bir  deyil, bir neçə istiqamətdə ötürülməsi təmin olunmalıdır.Bu baxımdan,Azərbaycanın Şərqi Zəngəzurdan İran-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları təmin etmək üçün Tehranla əldə etdiyi razılaşma mühüm nailiyyətdir.Artıq bu istiqamətdə avtomobil və dəmiryollarının layihələndirilməsi işləri aparılır.Azərbaycan ərazisində hər iki yolun tikintisi sürətlə aparılır.Azərbaycan həmçinin Ermənistan ərazisindən keçməklə də Naxçıvana və Türkiyəyə çıxış əldə etməkdə qərarlıdır.Ermənistanın bu prosesi əngəlləməsi faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxaracaq.

Regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcək.Dünya miqyasında geosiyasi dinamika o dərəcədə mürəkkəbləşib ki,gənc müstəqil dövlətlərin suverenliyi və inkişaf perspektivləri ciddi nəzəri-praktiki problemə çevrilib. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir.Çünki Azərbaycan özü üçün çox çətin olan geosiyasi mənzərəni ardıcıl atdığı addımlarla tamamilə yeniləşdirə bildi. Bir zamanlar Azərbaycanı qəbul etmək istəməyən böyük dövlətlər indi onunla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar.Bu səviyyəyə asan gəlinməyib.Ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil dövlət quruculuğu kursu əsas rol oynayıb. Müasir geosiyasi kontekstdə bu kimi məqamlar üzərində daha geniş dayanmağa ehtiyac görürük.Tarixi mərhələdə müstəqil dövlətin gücü daxili potensialı ilə beynəlxalq aləmdəki mövqeyinin vəhdətində ifadə olunur.Bu iki aspekt bir-birini tamamladıqda,ölkə daha sabit inkişaf xəttinə çıxır.Ulu Öndər Heydər Əliyev milli dövlət quruculuğu kursunu işləyərkən,həmin məqamı çox ciddi surətdə nəzərə alıb.Azərbaycan daxili iqtisadi inkişafını təmin etməklə yanaşı, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən,nüfuzunu artıran tədbirləri də davamlı surətdə həyata keçirib.Mütəxəssislər haqlı olaraq buna sübut kimi Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmiryolu xəttini və başqa layihələri göstərirlər.

Prezident İlham Əliyev həmin istiqaməti çox böyük uğurla inkişaf etdirir. Son illərdə həyata keçirilən layihələr Azərbaycanı yeni bir təkamül xəttinə çıxarıb.Artıq ölkə Cənubi Qafqazın geosiyasi,geoiqtisadi,nəqliyyat və logistika mərkəzi kimi qəbul edilir.Bu, çox ciddi tarixi irəliləyiş, nailiyyətdir.Dünya miqyasında və regionda geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir və hətta böyük dövlətlər mövcud mövqelərini saxlamaq üçün ciddi mübarizə aparırlar.Azərbaycan isə bütün istiqamətlərdə hər il yeni zirvələr fəth edir.Azərbaycanın geosiyasi,geoiqtisadi,nəqliyyat-logistika uğurları bir-birini üzvi şəkildə tamamlayır. Azərbaycan müstəqilliyinə nail olan ölkə kimi bir inkişaf modeli ortaya qoyur.Bu təcrübənin yalnız region dövlətləri üçün deyil,bütövlükdə dünya üçün əhəmiyyəti dərk edilməlidir.Azərbaycan keçən əsrin 90-cı illərində özü üçün yaranmış mürəkkəb, ziddiyyətli və mənfi təsirli geosiyasi mənzərəni həyata keçirdiyi konkret proqramlar sayəsində tamamilə dəyişə bildi. Kimsənin himayəsinə sığınmadan,öz "biləyinin gücü ilə" etdi.Regionda geosiyasi mənzərə Azərbaycan üçün əlverişli istiqamətdə inkişaf etməkdədir. Bu prosesdə Azərbaycanın regional geosiyasi mərkəz olması ciddi rol oynamaqdadır.Təsdiq edən faktlar sırasında dünyanın böyük dövlətlərinin regional təhlükəsizlikdə və əməkdaşlıqda Azərbaycanı əsas tərəfdaş kimi seçməsi möhkəm yer tutur. Rusiya rəhbərliyi dəfələrlə bu barədə bəyanatlar verib və konkret addımları ilə də onu təsdiq edirlər.Müxtəlif təsirlərə baxmayaraq, Moskva Bakı ilə əlaqələrə geosiyasi,iqtisadi,mədəni və təhlükəsizlik aspektlərində böyük önəm verilən məsələ olaraq yanaşdığını açıq bildirir.Bu prosesi analiz edən bir sıra ekspertlər hətta Azərbaycanın hərbi-müdafiə sahəsində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil ola biləcəyi fikrini irəli sürürlər.Azərbaycanın heç bir hərbi bloka qoşulmayacağı haqqında yüksək səviyyədə fikirlər dəfələrlə ifadə edilib.Hər bir halda,burada Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olması məqamı daha önəmlidir.Azərbaycanın İranla təhlükəsizlik sahəsində qarşılıqlı anlaşma içərisində olduğu məlumdur. Tehran Azərbaycanın geosiyasi maraqlarını nəzərə alır və təhlükəsizliyin təminində ortaq hərəkət etməkdədir.Türkiyə qardaş dövlət kimi zatən Azərbaycanın təhlükəsizliyi üçün əlindən gələni edir. ABŞ rəhbərliyinin bəyanatları onu göstərir ki,Vaşinqton Azərbaycanda sabitlik və inkişafın olmasında maraqlıdır.Eyni qayda ilə Avropa İttifaqının böyük dövlətlərinin hamısı Azərbaycanın geosiyasi təhlükəsizliyinin təmin edilməsində maraqlı olduqlarını bildiriblər.Bütün böyük güclər faktiki olaraq Azərbaycanın Cənubi Qafqazın geosiyasi mərkəzi olduğunu qəbul edirlər.

 Geoiqtisadi və nəqliyyat-logistika aspektlərində də Azərbaycan regionun mərkəzi qovşağı halına gəlib.Bu sırada öncə "Yeni İpək Yolu" layihəsi ilə Azərbaycanın coğrafi, iqtisadi, energetik və nəqliyyat-logistika özəlliklərinin tam uyğunlaşdırılması vurğulanmalıdır. Sadalanan istiqamətlərdə sistemli fəaliyyət göstərmək üçün Azərbaycanın strateji yol xəritələri hazırdır."Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir.Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb.Eyni zamanda, həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər də müəyyənləşdirilib.Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.Strateji yol xəritəsində mühüm faktorlardan biri kimi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabət qabiliyyətliliyini təmin etmək məsələsi göstərilib.İki istiqamətin işləməsinin nəqliyyat və iqtisadi əhəmiyyətindən başqa, geosiyasi rolu da şübhəsizdir.Faktiki olaraq Qərb, Rusiya, İran və Çinin maraqlarının kəsişdiyi sahəyə aiddir. Bu səbəbdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabət qabiliyyətliliyinin təmin edilməsi mühüm məsələdir.Azərbaycan özünün geosiyasi dəyərini təsdiqləmiş olur.İndi elə qüvvələr var ki, Azərbaycan miqyasında olan ölkələri yalnız tranzit punktu statusunda görmək istəyirlər.Geosiyasi və geoiqtisadi aspektlərin vəhdəti çərçivəsində məsələnin mahiyyəti də bundan ibarətdir.Azərbaycan həm nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, həm də ciddi rəqabət qabiliyyətinə malik dövlət olaraq bu prosesdə iştirak edirsə, onu hər kəs regionun geosiyasi, iqtisadi, kommunikasiya və logistika mərkəzi kimi qəbul etməyə məcburdur. Bu aspektdə Prezident İlham Əliyevin 2016-cı il mart ayının 17-də Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması xüsusi əhəmiyyəti olan hadisədir.Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsindən ibarətdir.Azad İqtisadi Zonanın yaradılması isə Bakının beynəlxalq qovşağa çevrilməsinə böyük təkan verəcək.Bu bağlılıqda Prezident İlham Əliyevin aşağıdakı fikirləri:Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır.Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək.Azərbaycan müstəqil dövlət olaraq regionda geosiyasi statusunu daim yüksəltməlidir və bu bağlılıqda lider kimi rolunu tam yerinə yetirməlidir.Azərbaycan öz geosiyasi,iqtisadi,energetik və logistika dəyərlərini yaratmaqla, əməkdaşlıq və təhlükəsizliyə öz töhfəsini verməlidir.Azərbaycanın fəaliyyətində hər bir məqam incəliyinə qədər işlənir, reallığa uyğun məzmun və formaya salınır.Cənubi Qafqazda beynəlxalq əhəmiyyətli layihələrin hamısında Bakının imzası var.Bunun region üçün çox gözəl nəticələrinin olacağına şübhə yoxdur.Çünki Cənubi Qafqazda lider funksiyasını Azərbaycandan başqa ölkənin yerinə yetirməyəcəyi artıq məlumdur.Digər dövlətlərin liderlik səviyyəsinə uyğun imkanları yox dərəcəsindədir.Bunu təcrübə sübut edir. Azərbaycan isə dövlətçilik xəttinə,inkişaf kursuna və əməkdaşlıq formatlarının rəngarəngliyinə görə çox fərqlənir.O,sülhsevər,sivil,dinc yanaşı yaşama fəlsəfəsini dövlətçiliyində böyük ölçüdə nəzərə alan və davamlı inkişaf edən ölkədir.

Çünki Cənubi Qafqazda lider funksiyasına geden bütün yollar Bakıdan keçir!

Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
YAP Xətai rayon təşkilatının fəal üzvü