“Kürsəngi” və “Qarabağlı” neft yataqlarını əhatə edən Reabilitasiya, Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü (RKİHPB)” üzrə Saziş əsasında rəhbər komitənin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, “Salyan Oil Limited” şirkətinin saziş ərazisində keçirilən iclasda SOCAR-ın vitse-prezidenti Babək Hüseynov, “GL Investment” MMC-nin baş icraçı direktoru Asif Zeynalov və “SOCAR Upstream Management İnternational”ın rəhbər heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
İclasda 2025-ci il üzrə illik Fəaliyyət Proqramına və büdcənin icra hesabatına dair təqdimatlar dinlənilib, həmçinin 2026-cı il üçün təklif olunan Fəaliyyət Proqramı və büdcə sənədi müzakirə olunub.
Tədbir iştirakçıları, həmçinin “Salyan Oil Limited” Əməliyyat Şirkətinin “Qarabağlı” yatağında yerləşən 6-cı sahəyə, “Kürsəngi” yatağında yeni istismara verilmiş 810 saylı quyuya və qazması davam etdirilən 811 saylı quyuya baxış keçiriblər.
Səfər zamanı istehsalat prosesləri yerində qiymətləndirilib və mövcud fəaliyyətlə bağlı müzakirələr aparılıb.
“SOCAR Energy School” sertifikat proqramı çərçivəsində “Hidrogen Texnologiyaları” mövzusu müzakirə edilib
“Sahibkarlıqda Qadın Enerjisi” - QADINLARIN İDEYALARINA DƏSTƏK PROQRAMINDA İKİNCİ MƏRHƏLƏ