21 sentyabr 2022 11:52
785

Xırdalanda 18 yaşlı qız özünü binadan atıb

Abşeron rayonunda intihar hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, hadisə Xırdalan şəhərində "AAAF Park" yaşayış kompleksinin binalarının birində baş verib. 2004-cü il təvəllüdlü Səfərli Mətanət Məhərrəm qızı özünü binadan ataraq intihar edib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.