Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar sözügedən ərazidə olub.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb.
Həmçinin atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, aprelin 5-6-da Bakı şəhəri və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normadan 4 dəfə artıq olub.