21 sentyabr 2022 17:30
567

 Bu ölkələrdə  insanlar heç bir ilahi qüvvəyə inanmırlar - FOTO

Ateist insanlar hər hansı bir  ilahi qüvvənin mövcudluğuna inanmayanlardır. Öz kökünü qədim yunan sözü “ateos”dan götürən ateizm məfhumunun mənası “tanrı yoxdur” deməkdir. Sosioloq Fil Zukermanın  ateizm haqqında məqalələri çoxdur. Bu məqalələrdə sosioloq ilahi tanrıya inamı olmayan insanlardan bəhs edir və ateizmin hansı ölkələrdə daha çox yayıldığı haqqında məlumat verir. Onun müşahidələrinə görə, bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəmələrinə baxmayaraq, bütün ateistlərin bir ideologiya və ya müəyyən davranış qaydaları yoxdur. Zukermanın sözlərinə görə, cəmiyyətdə qüvvənin təmin olunması dini inancların azalmasına səbəb olur. Ateizm daha çox həyat səviyyəsi yüksək olan ölkələrdə  yayılıb. Elmin inkişafı və azad düşüncənin yayılması ilə bu inamsızlıq daha da artır. Bəzi ölkələr var ki, onlarda yaşayan insanların əksəriyyəti heç bir ilahi qüvvəyə inanmırlar. Bu ölkələr sırasında aşağıdakıları sadalaya bilərik:

Estoniya

Estoniyada yaşayan əhalinin 49%-inin   dini inancı yoxdur. Xristian dini bu ölkəyə Xl əsrdə gəlib. 1921-ci ildə Estoniya müstəqilliyini elan edəndən sonra burada dini inancları daha da azalıb. Əhalisinin əksərriyyəti Avropa mənşəli olan bu ölkədə hal-hazırda da ateizm çox yayılıb.

Cənubi Koreya

Cənubi Koreyada yaşayan əhalinin 52%-nin heç bir ilahi qüvvəyə inancı yoxdur. Bu ölkədə texnoloji inkşafın və təhsil səviyyəsinin yüksək olması  dini inancların azalmasına gətirib. Cənubi Koreyanın digər yarısı “Çxon-döqe” adlı yeni dinə ibadət edirlər.Buddizm  də Cənubi Koreyada özünəməxsus yer tutur.

Fransa

Fransada ateizmin qədim kökləri var. XVIII əsrdə maarifçilik dönəmi yaşayan Fransada “Bənzəri görünməmiş ateizm”adlı ağılın üstünlüyünü müdafiə edən böyük siyasi hərəkat oldu. 1905-ci ildə Fransada baş verən inqilab nəticəsində din dövlətdən ayrılır. Hətta orta məktəblərdə belə dinin təbliğ olunmasına qadağalar qoyulub.

Finlandiya

XIX əsrə qədər Finlandiyada lüteranlıq daha çox yayılmışdı. 1889-cu ildən başlayaraq Finlandiyada yaşayan hər bir insan hansı dinə ibadət edəcəyini özü qərar verə bilər. Burada yaşayan insanların 60%-nin heç bir dini bağlılığı yoxdur.

Çexiya

XX əsrin birinci yarısına qədər Çexiyada ənənəvi olaraq xristianlıq üstünlük təşkil edirdi. Ən çox yayılan katolisizm olub. Müasir zamanda Çexiyada dindarların sayı əhəmiyyətli dərəcədə azalıb. Hazırda Çexiya dinə ən az inanan ölkələr sırasındadır. Bu ölkədə yaşayanların  yalnız 21%-i  dinin həyatlarında önəmli yer tutduğunu düşünür.

Yaponiya

Uzaq Şərqin nəhəng ölkəsi sayılan Yaponiyada yalnız əhalinin 25%-i dindardır. Yaponlar  daha çox milli adət-ənənələri qoruyan  bir xalqdır. Burada yaşayan insanlar buddizm və sintoizm dinlərinə ibadət edirlər.Bu dinlərə əsasən hər hansı bir ilahi qüvvəyə sitayiş etmək şərt deyil. İnnovasiyaların və elmin inkişafı ilə “ateizm” Yaponiyada tam yayılıb.

Norveç

Norveçdə yaşayan  əhalinin 75% -i heç bir dinə  itaət etmir. Norveç son illər ərzində insan dərrakəsinin inkşafı göstəricisinə görə birinci yer tutur. Bu ölkə, həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilir.  “Xoşbəxt xalq” hər hansı bir ilahi qüvvəyə bağlı olmağı düzgün hesab etmir.

Danimarka

Danimarkada dini ehkamların rədd olunması haqqında qərar qəbul edilib. Burada hətta müqqədəs kitab “İncil”i küçədə oda versən, heç bir insan bu hərəkətə qarşı çıxmaz. Krallığın yaydığı məlumata görə, din insanların nə edəcəyinə qərar verə bilməz. Bu ölkədə əhalinin 80%-i özlərini “ateist” adlandırırlar.

İsveçrə

İsveçrə dünyanın ən sekulyar ölkələrindən biri sayılır. Bu ölkədə yaşayan insanlar toy və yas mərasimlərinin sadəcə adət-ənənə ilə bağlı olduğunu düşünürlər. Burada yerləşən kilsələrə “dinsiz-imansız”  insanların yığıncağı deyirlər. Fil Zukermanın sözlərinə ğörə, İsveçrədə yaşayan insanların  həyat səviyyəsinin göstəriciləri yüksək olduğundan  dinə qarşı soyuq münasibət göstərirlər.

Samirə Tağıyeva, “İki sahil”