22 sentyabr 2022 19:37
290

Gələn il səhiyyə sisteminin təminatına diqqət artırılacaq

Gələn il səhiyyə sisteminin təminatına diqqət artırılacaq.

“İki sahil” xəbər verir ki,  bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclasında bildirilib.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.