23 sentyabr 2022 00:27
467

Çavuşoğlu Moldovanın xarici işlər naziri Niku Popesku ilə görüşüb

Nyu-Yorkda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Moldovanın xarici işlər naziri Niku Popesku arasında görüş olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, görüş “Türk evi”ndə baş tutub.